Millimizin qapıçısı: "Martda bizi çətin sınaqlar gözləyir"
19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması dünən Bakıda Türkiyəyə 3:5 hesabı ilə məğlub olub.
Oyunda millimizin qapısını qoruyan Vladislav Reznov AFF-nin rəsmi saytına açıqlama verib.
Sportfm.az xəbər verir ki, oyunla bağlı danışan əlcək sahibi maraqlı məqamlara toxunub:“Maraqlı oyun alındı. Birinci hissədə biz üstün idik. Bu üstünlüyümüz sayəsində fasiləyə qalib yollandıq. İkinci hissədə istədiklərimizi reallaşdıra bilmədik. Uşaqlar yoruldular. Fiziki baxımdan bir qədər axsayırıq. Rəqib bizi ancaq bu göstəricidə qabaqladı. Onlar fiziki gücün hesabına qələbə qazandılar. Onlarla bir oyunumuz da var. Səhvlərimizi analiz edib, düzəltməliyik. Adından da göründüyü kimi yoldaşlıq oyunudu. Martda bizi çətin sınaqlar gözləyir. Hamı bilir ki, Avropada zəif, asanlıqla udacağın komanda yoxdur. İndi əksər ölkələrdə futzala diqqət artıb, komandalar güclənməyə çalışırlar”.
Oxşar xəbərlər
“Çətin olanı reallaşdırmağa çalışacağıq” - Joze Alesio
Millimizin üzvü: "Sanki bir qədər boşaldıq"
Yığmamızın baş məşqçisi məğlubiyyəti şərh etdi: "Kənardan deyirsən, müdaxilə edirsən, eşitmirlər"
Yuri Maksimov danışdı: "Bizi maraqlı duel gözləyir"
Xətai Bağırov: "Özümüzü sübut edəcəyik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası