reklam
Sportfm.az xəbər saytı

"Sumqayıt" sumqayıtlı məşqçiyə sahib çıxdı:"Mən deyə bilmərəm ki..."


Bir vaxtlar Azərbaycanın ən məşhur məşqçilərindən olan Zakir Mahmudov çətin günlər yaşayır.
 Sumqayıt futbolunun adlı-sanlı yetirmələrindən olan təcrübəli mütəxəssis uzun müddətdi işsizdi.

"Şəmkir” çempionluqları sıralayarkən Zakir Mahmudov Ağasəlim Mircavadovun köməkçisi idi. "Karvan” UEFA kubokunda mərhələ adlayarkən də Mahmudov klubda köməkçi-məşqçi kimi çalışırdı.

O, işsizlikdən evini satmağa məcbur olub. Zakir bəyin çağırışına artıq hay verən tapılıb.

"Sumqayıt"ın prezidenti Riad Rəfiyev və vitse-prezident Vaqif Ömərov onunla görüşüb, şəxsi problemləriylə maraqlanıb.

Onun sözlərinə görə, tezliklə Zakir Mahmudova köməklik olunacaq: "Mən deyə bilmərəm ki, Mahmudov klubumuzda çalışacaq.

Mənə bu haqda heç nə deyilməyib. Ancaq onu bilirəm ki, hər hansı vasitəylə ona yardım göstəriləcək".

 

Oxşar xəbərlər

"Riad Rəfiyevə dedim ki, Avropada klub tap, millidə oynayım" - Emin Mahmudov
Zakir Mahmudov işlə təmin olundu
Metal satan məşqçimiz: "Bir də eşidəcəksiz ki, özümü asmışam"
Riad Rəfiyev "hərəkətə keçdi", "Sumqayıt" yeni müqavilə imzaladı - Foto
Vurğun Hüseynov rəqs edir - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər