Zakir Mahmudov işlə təmin olundu
Vaxtilə “Şəmkir”, “Karvan”, “Xəzər Lənkəran” kimi klublarda çalışmış Zakir Mahmudovun işsiz qaldığını, güzəranının ağır olduğunu xəbər vermişdik.
Sportfm.az xəbər verir ki, Mahmudovun çətin vəziyyətdə olması futbol ictimaiyyətini çox narahat edib.
62 yaşlı mütəxəssisin durumuna biganə qalmayanlar arasında “Sumqayıt” rəhbərliyi də oldu. “Futbol+”də gedən yazıdan sonra Riad Rəfiyev klub əməkdaşlarına qısa vaxtda Zakir bəyi klubun ofisinə dəvət etməyi tapşırdı və onunla görüş təyin etdi.
Rəfiyev artıq Mahmudovla görüşüb. Təxminən yarımsaat çəkən görüşdən sonra Mahmudovun iş problemi həllini tapıb.
Uzun müddətdi futboldan uzaq düşən məşqçi bundan sonra “Sumqayıt” Futbol Akademiyasında seleksiyaçı-məşqçi kimi fəaliyyət göstərəcək.
Bu haqda bilgini “kimyaçılar”ın mətbuat katibi Rəşad Məmmədov verib: “Klub prezidenti Zakir müəllimlə görüşdü. Onun problemləri haqda daha dolğun məlumat əldə etdikdən sonra klubda işlə təmin edəcəyini bildirdi. Mahmudov akademiyada seleksiyaçı-məşçqçi kimi çalışacaq. O gələn həftənin birinci günündən yeni vəzifəsinin icrasına başlayacaq”.(sportinfo.az)
Oxşar xəbərlər
"Sumqayıt" Ayxan Abbasovu təbrik etdi - 100-cü oyun
"Qəbələ"də yeni məşqçi - Dəyişiklik
Millimizin sabiq qapıçısı Rusiya klubunda
"Sumqayıt" sumqayıtlı məşqçiyə sahib çıxdı: "Mən deyə bilmərəm ki..."
Metal satan məşqçimiz: "Bir də eşidəcəksiz ki, özümü asmışam"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı














Misli Premyer Liqası