reklam
Sportfm.az xəbər saytı

"Çelsi" ukraynalıları UEFA-ya şikayət etdi


İngiltərə təmsilçisi "Çelsi" Ukraynanın "Dinamo" (Kiyev) klubunu UEFA-ya şikayət edib.

Sportfm.az xəbər verir ki, səbəb Avropa Liqasının 1/8 final mərhələsinin Kiyevdəki cavab oyununda azarkeşlərin London təmsilçisinin oyunçusu Kallum Hadson-Odoiyə qarşı irqçi ifadələr işlətməsi və təhqir etməsidir.

Bildirilib ki, meydan sahiblərinin fanatları matçın ikinci hissəsində iqçi şüarlar səsləndiriblər. 19 yaşlı hücumçu hadisə ilə bağlı klub rəhbərliyinə müraciət edib. Görüşün UEFA nümayəndəsinə isə məlumat verilib. UEFA məsələ ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, qarşılaşma "Çelsi"nin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk görüşdə rəqibini 3:0 hesabı ilə üstələyən İngiltərə klubu 1/4 finalda Çexiya "Slaviya"sına rəqib olub. 

Oxşar xəbərlər

Vladimir Putin şüarına görə ağır cəza - UEFA göz yummadı
UEFA Putinlə bağlı şüarlara görə "Fənərbaxça"ya intizam işi açıb
Azarkeşlərin yerinə pankart olacaq - Almaniya klubuna ağır cəza
İbrahimoviçə görə klubu cərimələndi - 25 min avro
Almaniya klubunu cərimələdilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər