"Azərbaycan və Ermənistan klubları qarşılaşarsa, çempionat təşkil edərəm" -Andrey Arşavin
"Birinci "Krasnodar"ın etdiyi kimi 5-6 akademiya qurardım.
Rusiya Premyer Liqasını yaz-payız sistemiylə təşkil edərdim”.
Sportfm.az xəbər verir ki, bu sözləri Rusiya millisinin sabiq üzvü Andrey Arşavin "kazfootball.kz"a müsahibəsində deyib.
Veteran hecumçu “Rusiya futbolunda hansı üç dəyişikliyi etmək istərdiz” sualını cavablandırarkən Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin gənclərdən ibarət komandasının iştirakı ilə çempionat keçirmək fikrində olduğunu bildirib:
“Rusiya, Belarus, Qazaxıstan, Azərbaycan və Ermənistan komandaları daxil olmaqla, 19 yaşa qədər futbolçuların çempionatını təşkil edərdim.
Təbii ki, Azərbaycan və Ermənistanın da klubları qarşılaşa biləcəkləri təqdirdə.
Bildiyiniz kimi, UEFA da U-19 komandalarının Çempionlar Liqasını keçirir. Buna görə də müxtəlif ölkələrin komandaları ilə yarış keçirmək maraqlı olar".
Oxşar xəbərlər
"Turan kuboku" yaradılır - Azərbaycan klubları üçün
Rusiya millisinin sabiq üzvü karyerasını başa vurdu
UEFA Azərbaycan və Ermənistanınla bağlı qərarını dəyişməyəcək
“Qarabağ” ilk “onluq”da
Azərbaycan klubları Rusiya çempionatında...EKSKLÜZİV
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası