"Qarabağ" "Ayax"la qarşılaşa bilər
2019/2020-ci illər mövsümündə Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın I təsnifat mərhələsindəki daha bir potensial rəqibi müəyyənləşib.
Bu, "Valletta"nın səbətinin dəqiqləşməsi ilə baş verib. Malta çempionu səpələnməmişlər səbətində yer alacağı üçün "Qarabağ"ın potensial rəqibləri sırasındadır. Bu siyahıya daha 6 klub əlavə ediləcək:
Sportfm.az xəbər verir ki, Valletta (Malta), CFR Cluj (Rumıniya), Ferencvaros (Macarstan), Nomme Kalju (Estoniya), Partizani (Albaniya), Valur (İslandiya), Linfield (Şimali İrlandiya), Torshavn (Farer adaları), Riga (Latviya), Saburtalo (Gürcüstan).
Ağdam klubu II təsnifat mərhələsinə yüksəlsə, yenə səpələnmişlər sırasında yer alacaq.
III mərhələdə isə "Qarabağ" böyük ehtimalla səpələnməmişlər səbətində yer alacaq. Əks halın baş verməməsi üçün I və II təsnifat mərhələsində çoxlu sürprizlər yaşanmalıdır. III mərhələdə səpələnmişlər sırasında yer alıb, rəqiblərini gözləyən ilk komanda da bəllidir. Bu, Çempionlar Liqasında son mövsümün yarımfinalçısı, ötən gün Hollandiyada çempionluğunu rəsmiləşdirən "Ayax"dır.
Oxşar xəbərlər
"Qarabağ"ın 9 potensial rəqibi məlum oldu - Çempionlar Liqası
"Qarabağ"ın bəxtinə hansı komanda düşəcək? - Çempionlar Liqası
“Qarabağ”ın Çempionlar Liqasında potensial rəqibləri müəyyənləşdi
"Qarabağ"ın Çempionlar Liqasında bütün potensial rəqibləri müəyyənləşdi
"Qarabağ"ın 13 potensial rəqibi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası