reklam
Boksçularımız Qran-pridə bir qızıl və bir bürünc medal qazandı
Sportfm.az xəbər saytı

Boksçularımız Qran-pridə bir qızıl və bir bürünc medal qazandı


Çexiyada boks üzrə Usti-nad-Labem Qran-prisinə yekun vurulub.

Sportfm.az xəbər verir ki, yarışa 4 idmançı ilə qatılan Azərbaycan millisi 1 qızıl və 1 bürünc medal qazanıb.

Vaqif Şirinovun yetirmələrindən Lorenzo Sotomayor (69 kq) çempion tituluna yiyələnib. "Rio-2016"nın gümüş medalçısı finalda norveçli Hadi Srourla döyüşüb və rinqdən qələbə ilə ayrılıb.

Komandamızın aktivinə digər medalı isə Alfonso Dominqes (81 kq) yazdırıb. O, ikidəbir finalda kubalı Olimpiya çempionu, dünya çempionatının dördqat qalibi Xulio Sesar La Krusa məğlub olduğundan bürünc medalla kifayətlənib.

Oxşar xəbərlər

Parataekvondoçularımız Meksikada iki medal qazandı
Millimiz Qızıl kəmər seriyasını 5 medalla başa vurdu
Alfonso Azərbaycan üçün qızıl medal qazandı
Azərbaycanın iki boksçusu yarımfinala yüksəldi
Cüdoçumuz Qran-pridə qızıl medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər