reklam
Azərbaycanın iki boksçusu yarımfinala yüksəldi
Sportfm.az xəbər saytı

Azərbaycanın iki boksçusu yarımfinala yüksəldi


Çexiyada keçirilən boks üzrə Usti-nad-Labem Qran-Prisində dörddəbir final mərhələsinə yekun vurulub.

Sportfm.az xəbər verir ki, yarışa dörd idmançı ilə qatılan Azərbaycan millisinin iki üzvü yarımfinala vəsiqə əldə edib. Vaqif Şirinovun yetirmələri Lorenzo Sotomayor (69 kq) avstriyalı Marsel Rumpleri, Alfonso Dominqes (81 kq) isə türkiyəli Bayram Malkanı məğlub edərək yarımfinalda iştirak hüququ qazanıblar.

Digər boksçularımız Elvin Məmişzadə (52 kq) macarıstanlı Martin Virbana, Sərxan Əliyev (63 kq) isə braziliyalı Vanders Oliveyraya məğlub olub.

Yarımfinal mərhələsinin görüşləri mayın 24-də, final döyüşləri isə ertəsi gün təşkil ediləcək.

 

Oxşar xəbərlər

İki boksçumuz yarımfinalında - Dünya çempionatı
Boksçularımız yarımfinala vəsiqə qazandı - MDB Oyunları
Daha bir boksçumuzdan lisenziya - Tokio-2020
Boksçularımız Qran-pridə bir qızıl və bir bürünc medal qazandı
Cavid Çələbiyev finala vəsiqə qazana biləcəkmi?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər