Minskdə İkinci Avropa Oyunları start götürür
Bu gün Belarusun paytaxtı Minskdə keçiriləcək 2-ci Avropa Oyunlarına start veriləcək.
Sportfm.az xəbər verir ki, 4 il əvvəl ilk dəfə Bakıda keçirilən yarışın açılış mərasimi Bakı vaxtı ilə saat 21:00-da olacaq. Buna qədər isə bəzi idman növlərində yarışlar başlayacaq.
İlk gündə üç idman növündə mübarizə start veriləcək - basekotbol, oxatma və boks.
Təmsilçilərimizdən Ozay Qasımova qadınların klassik kamandan oxatma yarışında 1/32 finala vəsiqə uğrunda reytinq qarşılaşmasında mübarizə aparacaq.
Bakı vaxtı ilə saat 15:00-da boks yarışları başlayacaq. Kişi boksçular 56 kq, 69 kq, 75 kq, 91 kq və +91 kq çəki dərəcələrində ilk mərhələ döyüşlərinə çıxacaqlar.
Kişilərin bütün çəki dərəcələrində təmsil olunan Azərbaycanın üç boksçusu ilk gündə rinqə çıxacaq. Hər üç təmsilçimiz bolqarıstanlı idmançı ilə qarşılaşacaq. 1/16 final döyüşlərində Tayfur Əliyev (56 kq) Boyan Asenovla, Rahil Məmmədli (91 kq) Radoslav Panteleyevlə, Məhəmməd Abdullayev (+91 kq) Petar Belberovla üz-üzə gələcək.
Lorenzo Sotomayor (69 kq) ilkin mərhələdən azaddır. Kamran Şahsuvarlı (75 kq) isə 1/16 finalda Giorgi Harabadze (Gürcüstan) - Miroslav Saviç (Serbiya) duelininin qalibi ilə qarşılaşacaq.
Oxşar xəbərlər
Boksçularımız Olimpiya təsnifat turnirində mübarizəyə başlayırlar
II Avropa Oyunlarında daha bir neçə idmançımız mübarizəyə başlayacaq
Boksçularımızın ilk rəqibləri müəyyənləşdi
Yığmamızın heyəti müəyyənləşdi
Boksçularımız Avropa Oyunlarına Özbəkistanda hazırlaşacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası