reklam
Sportfm.az xəbər saytı

"Neftçi”nin qələbəsi irəliləməyimizə səbəb oldu


Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA-nın reytinq cədvəli bəlli olub.

Sportfm.az xəbər verir ki, Bakıda Moldovanın "Sperantsa" klubuna 6:0 hesabı ilə qalib gələn "Neftçi" Azərbaycanın UEFA əmsalına 0,250 xal əlavə edib. 

Rumıniyada "Universitatya Krayova" klubuna 2:3 hesabı ilə uduzan "Səbail" reytinqə xal yazdırmayıb. 

Bununla da bu mövsüm Azərbaycanın reytinq xalı 0,875-ə çatıb, Bunun 0,500-nü "Neftçi", 0,375-ni "Qarabağ" əldə edib.

Son 5 mövsüm üçün ümumi xal 16,250-yə çatıb. Bu göstərici ilə Azərbaycan Avropada 26-cıdır və 25-ci yerdəki Qazaxıstandan 1,125 xal geri qalır. Ən yaxın izləyici Polşanın isə 15,250 xalı var.

Oxşar xəbərlər

Reytinqimiz artdı, 28-ci pilləyə yüksəldik - UEFA
Ölkəmiz xal ehtiyatını artırdı - UEFA reytinqi
"Neftçi"nin qələbəsi reytinqimizə təsir etdi
"Neftçi" ölkə reytinqinə kömək etdi
Futbolumuz yerində sayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər