Olimpiya çempionumuz dünyanın ən yaxşıları sırasında -FOTO
Azərbaycan milli komandasının üzvü Şərif Şərifov dünyanın ən yaxşı sərbəst güləşçilərinin mütləq reytinqində “Top-10”a düşüb.
Sportfm.az xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən 31 yaşlı idmançı “Flo Wrestling”in mütəxəssislərinin hazırladığı siyahıda 9-cu pillədə qərarlaşıb. Zirvədə isə ötən ay Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatının finalında Şərifovu məğlub edən rusiyalı Abdulrəşid Sadulayev yer alıb. Onun həmyerlisi Zaurbek Sidakov (74 kq) ikinci sıradadır. “Üçlüy”ü mundialda həlledici görüşdə Azərbaycan yığmasının digər üzvü – 79 kq çəkidə mübarizə aparan Cəbrayıl Həsənovu məğlub edən ABŞ pəhləvanı Kayl Deyk qapayır.
Dünya çempionatında Azərbaycanın 65 kq çəkidə yarışan üçqat dünya və Avropa çempionu Hacı Əliyevi hakimlərin mübahisəli qərarı ilə məğlub edən rusiyalı Hacımurad Rəşidov isə 8-ci yerdədir.
Çəki dərəcəsindən asılı olmayaraq dünyanın ən yaxşı sərbəst güləşçilərinin reytinqi
1. Abdulrəşid Sadulov (Rusiya, 97 kq)
2. Zaurbek Sidakov (Rusiya, 74 kq)
3. Kayl Deyk (ABŞ, 79 kq)
4. Qeno Petriaşvili (Gürcüstan, 125 kq)
5. Ceyden Koks (ABŞ, 92 kq)
6. Cordan Barrouz (ABŞ, 74)
7. Həsən Yazdani (İran, 86 kq)
8. Hacımurad Rəşidov (Rusiya, 65 kq)
9. Şərif Şərifov (Azərbaycan, 97 kq)
10. David Bayev (Rusiya, 70 kq)
Qeyd edək ki, Şərifov London-2012 Yay Olimpiya Oyunlarının qalibi, 2016-cı ildə Rio-de-Janeyroda keçirilən olimpiadanın isə bürünc mükafatçısıdır. O, həmçinin dünya və Avropa çempionu tituluna malikdir.
Oxşar xəbərlər
Şərif Şərifov beynəlxalq turnirin qalibi oldu - Türkiyədə
Güləşçilərimizin əsas rəqibləri açıqlandı - AVRO-2020
Dünya və Avropa çempionumuz zədələndi - Qran-pridə
Hacı Əliyev Rusiyada belə qalib oldu - VİDEO
Bu gün iki güləşçimiz qızıl medal uğrunda yarışacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası