Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycanlı futbolçu Rusiyada dubl etdi -VİDEO
Rusiya I Divizionunda 17-ci tura yekun vurulub.
Sportfm.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin sabiq futbolçusu Kamran Əliyevin çıxış etdiyi "Ximki" "Mordoviya"nı qəbul edib. Oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Kamran Əliyev oyuna start heyətdə başlayıb və 79-cu dəqiqədə əvəzlənib. 20 yaşlı futbolçu 6-cı dəqiqədə hesabı açıb. 47-ci dəqiqədə Kamran komandasının üçüncü qoluna imza atıb. Əliyev bu mövsüm vurduğu qolların sayını yeddiyə çatdırıb.
"Ximki" 37 xalla turnir cədvəlində 2-ci yerdə qərarlaşıb. Lider "Torpedo"nun 43 xalı var.
Oxşar xəbərlər
Namik Ələskərov "Bursaspor"a qələbə qazandırdı
Kamran Əliyevin komandası 3 qol buraxdı
Kamran oynadı, "Ximki" bərabərə qaldı - VİDEO
Kamran Əliyevdən "Spartak"a gözəl qol - VİDEO
Kamran komandasına qələbə qazandırdı - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası