reklam
Azərbaycan təmsilçisi ikinci oyunda darmadağın oldu
Sportfm.az xəbər saytı

Azərbaycan təmsilçisi ikinci oyunda darmadağın oldu


Azərbaycanı UEFA Regionlar Liqasında təmsil edən "Şərur" bu gün 8-ci qrup çərçivəsində ikinci oyununa çıxıb. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz bu dəfə Macarıstanın "İst Region" kollektivi ilə qarşılaşıb. "Şərur" bu dəfə də böyük hesabla uduzub. Qrupun digər oyununda "Zaqreb" (Xorvatiya) Finlandiyanın "İst Region" komandasına 5:0 hesabıyla qalib gəlib. 
Xatrıladaq ki, ilk turda "Şərur" Finlandiya təmsilçisinə 0:3 hesabıyla uduzmuşdu. Macarlarla xorvatların duelində isə ikincilər 4 cavabsız qola sevinmişdilər.

"İst Region" (Macarıstan) - "Şərur" (Azərbaycan) - 6:0 (2:0)
"Şərur": Samir Əliyev, Xaqan Məmmədli, Elmar Mirzəyev, Musa Rəhimov (k), Üzeyir Sadiqov, Elvin Əlizadə, Nicat Tağıyev, Nahid Mehrəliyev (Tural Salamzadə, 46), Elvin Bayramov (Ramal Əhmədov, 46), Qurban Hüseynov, Valeh Seyidov (Nurəli Əsədov, 73).

Oxşar xəbərlər

Təmsilçimiz UEFA turnirində böyük hesabla uduzdu
Naxçıvanda “Coca-Cola məktəbli kuboku”na yekun vuruldu
Naxçıvanda “Region Liqası”nın püşkü atıldı - FOTOLAR
"Şahbuz" və "Şərur" finala vəsiqə qazandı
Naxçıvanda keçirilən oyunların nəticələri məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər