reklam
Azərbaycan millisi C Liqasında
Sportfm.az xəbər saytı

Azərbaycan millisi C Liqasında


2020-ci ildən etibarən UEFA U-19 yaş qrupunda keçirilən Avropa çempionatının yeni formatının da tətbiqinə başlayacaq.

Sportfm.az xəbər verir ki, indiyədək təşkil olunan AÇ-lərdən fərqli olaraq, yeni formata əsaslanan turnirdə komandalar reytinqə görə 3 Liqaya (A, B, C) bölünüb. 

Ənənəvi formatda keçirilən U-19 Avropa çempionatının növbəti final mərhələsi 2021-ci ildə, yeni format əsasında təşkil olunan U-19 AÇ-nin final mərhələsi isə 2022-ci ildə olacaq. 

Bu gün yeni formatda təşkil olunan turnirin 1-ci raundunun püşkatma mərasimi keçirilib. Azərbaycan milli komandası bu raundda C Liqasının 3-cü qrupunda çıxış edəcək. Komandamızın rəqibləri Monteneqro, Farer adaları və Andorra yığmaları olacaq. Oyunlar 2020-ci il sentyabrın 22-də, 25-də və 28-də Andorrada təşkil olunacaq.

Oxşar xəbərlər

Yığmamızın Millətlər Liqasındakı rəqibləri məlum oldu - SİYAHI
Voleybolçularımız Avropa çempionatına "Kür" qırağında hazırlaşır - FOTO
Avropa çempionatının yeni formatı təxirə salındı - UEFA
Klublarımız Avropa Liqasında mübarizəyə nə vaxt başlayacaq? - Təqvim
Daha bir millimiz üçün Millətlər Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər