Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Joze Mourinyonun Türkiyədə etdiyi etiraf
"Mançester Yunayted” Avropa Liqasının qrup mərhələsinin IV turunda səfərdə "Fənərbaxça”nın qonağı olacaq. Futbol11.az xəbər verir ki, bu gün "qırmızı şeytanlar”ın baş məşqçisi Joze Mourinyonun mətbuat konfransı baş tutub. Media nümayəndələrinin sualllarını cavablandıran portuqaliyalı çalışdırıcı maraqlı etirafları diqqəti çəkib. Mourinyo "Portu”dan ayrıldıqdan sonra ilk dəfə Türkiyə klublarının birindən təklif aldığını deyib: "Portuqaliya çalışdığım vaxt ilk təklifi Türkiyədən almışdım. Alınmadı, reallaşmadı. Həmin hadisənin üstündən 13-14 il keçib və bir daha Türkiyədən təklif almamışam. Bu dəqiqə çalışdığım yerdən çox məmnunam. Müqaviləmin sonuna qədər "Mançester Yunayted”də çalışmaq istəyirəm. Kim bilir, bəlkə nə vaxtsa Türkiyədə işləyəcəm. Mən futbola maraq olan ölkələri sevirəm və istədiyim maraq Türkiyədə var. Məhz bu səbəbdən Türkiyədə işləməyin əleyhinə olmaram”.
Qeyd edək ki, Mourinyo "Portu”dan ayrıldıqdan sonra "Çelsi”nin sükanı arxasına keçmişdi.
Oxşar xəbərlər
Mourinyonu Türkiyədə nə gözləyir!!
Joze Mourinyo: "Onlar bu dəfə ehtiyatda qalacaqlar"
Mourinyo Useyn Bolta təşəkkür etdi
"Mourinyo "yeni Fergüsson" ola bilər"
Mourinyo daha bir ulduz istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası