Leonardo ilə bağlı qərar veriləcək -taleyi növbəti oyundan asılıdı
"Monako"nun baş məşqçisi Leonardo Jardimin başı üzərini "qara buludlar" alıb.
Sportfm.az xəbər verir ki, həftəsonu "Lill"lə qarşılaşma Jardimin "Knyazlıq klubu"nda son oyunu ola bilər.
"Monako" hazırda Liqa-1-də 9-cu yerdə olsa da, son üç turda 2 qələbə qazanıb, birində heç-heçə oynayıb. Amma iki gün əvvəl "Monako"nun kubok matçında öz evində "Lill"ə 0:3 uduzması və yarışda mübarizəni dayandırması fanatları yenidən özündən çıxarıb.
Azarkeşlər israrla baş məşqçinin istefasını tələb edir. Təsadüfdən monakolular həftəiçi kubokda uduzduqları "Lill"lə şənbə günü yenidən - bu dəfə çempionat matçında üz-üzə gələcək.
Jardimin komandası "itlər" ləqəbini daşıyan "Lill"ə yenə uduzarsa, o zaman rəhbərlik baş məşqçi ilə bağlı qəti qərar verməli olacaq.
Oxşar xəbərlər
“Lill” “Monako” ilə qarşılaşacaq - AFİŞA
PSJ “Nant”a qarşı - AFİŞA
PSJ "Lill"ə qarşı - AFİŞA
"Lill" - "Monako" 2:1 - VİDEO
45 il sonra gələn antirekord
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası