reklam
Voleybolçularımız ikinci oyundada məğlub oldu
Sportfm.az xəbər saytı

Voleybolçularımız ikinci oyundada məğlub oldu


Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində bu gün ikinci oyununa çıxıb.

Sportfm.az xəbər verir ki, A qrupunda yer alan Vasif Talıbovun komandası Bolqarıstanla üz-üzə gəlib. Oyun rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu, bolqarların qrupda son oyunu olub. Onlar ilk turda Polşaya 1:3, 2-ci turda isə meydan sahibi Niderlanda 0:3 hesabı ilə uduzub.

Komandamız isə ilk turda Niderlanda 0:3 hesabı ilə məğlub olub.

Qrupun digər görüşündə Niderland Polşaya qalib gəlsə, qrup lideri kimi yarımfinala adlayacaq.

9 yanvar

19:00. Bolqarıstan - Azərbaycan - 3:1 (25:23, 25:19, 21:25, 25:21)
Apeldorn (Niderland), "Omnisport" salonu

Oxşar xəbərlər

Millimiz Niderlanda məğlub oldu - DÇ-2024
Millimiz bu gün Bolqarıstanla qarşılaşacaq
Voleybolçularımız Niderland qarşısında varlıq göstərə bilmədi
Polşaya məğlub olan millimiz Niderlanda yollandı
Milli komandamız "Fənərbaxça" ilə qarşılaşacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər