Polşaya məğlub olan millimiz Niderlanda yollandı
Niderlandda keçiriləcək Avropa olimpiya təsnifat turnirinə hazırlığını davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını başa vurub.
Sportfm.az xəbər verir ki, ötən il dekabrın 25-də Bakıda başlayan çalışmalar Polşada yekunlaşıb.
Komandamız burda yerli yığma ilə iki qarşılaşmada gücünü yoxlayıb. Hər iki görüşdə Polşa millisi qalib gəlib. Beləliklə, 11 günlük təlim-məşq toplanışına yekun vurulub.
Millimiz Polşadan öncə Türkiyədə hazırlıq keçib. Voleybolçularımız qonşu ölkədə “Fənərbaxça” və “Türk Hava Yolları” klubları ilə qüvvəsini sınayıb və hər 2 matç heç-heçə ilə bitib.
Komandamız bu gün Niderlanda yollanacaq.
Apeldornda baş tutacaq Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya turniri yanvarın 7-12-də olacaq.
Oxşar xəbərlər
Voleybol millimiz Avropa çempionatına hazırlığı bitdi
Yığma komandamız Polşa ilə qüvvəsini sınayacaq
Millimiz İstanbulda məşqə çıxdı
Milli komandamız "Fənərbaxça" ilə qarşılaşacaq
Millimiz lisenziya xarakterli turnirin hazırlıqlarına başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası