reklam
Millimiz bu gün Bolqarıstanla qarşılaşacaq
Sportfm.az xəbər saytı

Millimiz bu gün Bolqarıstanla qarşılaşacaq


Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində bu gün növbəti oyununu keçirəcək.

Sportfm.az xəbər verir ki, A qrupunda yer alan Vasif Talıbovun baş məşqçi olduğu kollektiv Bolqarıstanla üz-üzə gələcək. Bu, rəqibin qrupda son oyunu olacaq. 

Bolqarıstan ilk turda Polşaya 1:3, II turda isə meydan sahibləri Niderlanda 0:3 hesabı ilə uduzub. Azərbaycan millisi isə hələlik bir oyuna çıxıb. Yanvarın 7-də Niderlandla qarşılaşma 0:3 hesablı məğlubiyyətlə yekunlaşıb.

Növbəti mərhələ şansını böyük ölçüdə itirmiş Bolqarıstana qalib gəlməklə, Talıbovun komandası yarımfinala vəsiqə iddiasını ortaya qoya bilər.

Qrupun digər görüşündə Niderland Polşaya qalib gəlsə, qrup lideri kimi yarımfinala çıxacaq.

Avropa Təsnifat Turniri

9 yanvar

19:00. Bolqarıstan - Azərbaycan

Apeldorn (Hollandiya), "Omnisport" salonu.

Oxşar xəbərlər

Voleybolçularımız ikinci oyundada məğlub oldu
Voleybolçularımız Niderland qarşısında varlıq göstərə bilmədi
Yığma komandamız Polşa ilə qüvvəsini sınayacaq
Milli komandamız "Fənərbaxça" ilə qarşılaşacaq
Millimiz lisenziya xarakterli turnirin hazırlıqlarına başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər