reklam
Dünya çempionumuz qəzada dünyasını dəyişdi
Sportfm.az xəbər saytı

Dünya çempionumuz qəzada dünyasını dəyişdi


Sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü Sultan Nəsrullayev Rusiyada ağır yol-nəqliyyat hadisəsində ölüb.

Sportfm.az xəbər verir ki, bununla bağlı əslən dağıstanlı olan idmançının yaxınları məlumat verib.

Qəza yanvarın 25-də Moskva-Həştərxan magistralının 607-ci kilometrliyində Voronej vilayətinin Qribanovskiy rayonunda olub.

Hadisə zamanı S.Nəsrullayevdən başqa üç nəfər də həyatını itirib.

Qeyd edək ki, 54 kq çəki dərəcəsində çıxış edən S.Nəsrullayev 2011-ci il avqustun 25-də Macarıstanın Szombatxel şəhərində yeniyetmə güləşçilərin dünya çempionatında qızıl medal qazanıb. (bakupost)

Oxşar xəbərlər

İdman yarışlarına gedən 6 uşaq həyatını itirdi - QƏZA
Güləş Federasiyası açıqlama verdi - "Təəssüf ki, güləşi çox tez atdı"
Milli boksçu qəzada dünyasını dəyişdi
Azərbaycan güləşi üçün 2017-ci ilin yekunu
Qəzada ölən akrobatlar torpağa tapşırılıb - FOTO, VIDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər