Güləş Federasiyası açıqlama verdi -"Təəssüf ki, güləşi çox tez atdı"
Azərbaycan Güləş Federasiya millinin üzvləri Ruslan Surxayev və Sultan Nəsrullayevin dünyasını erkən dəyişmələrinə münasibət bildirib.
Sportfm.az xəbər verir ki, qurumun prezident əvəzi Namiq Əliyev jurnalistlərə açıqlamasında Surxayevin güləşi çoxdan atdığını və neçə ildir ondan məlumatlarının olmadığını söyləyib.
Əliyev güləşçinin gənc və perspektivli olduqlarını sözlərinə əlavə edib: "Təəssüf ki, güləşi çox tez - gənclər arasında Avropa və dünya çempionatlarında nəticə verdikdən sonra atdı. Nəticə də belə oldu. Hadisə baş verdikdən sonra hər hansı yardım etmək üçün ailəsi ilə əlaqə saxladıq. Həyatdır, hamının başına gələ biləcək hadisədir. Dağıstandan olan güləşçimizin də avtomobil qəzasında öldüyünü yazmışdılar. Həyatda belə hadisələr də olur. Allah rəhmət eləsin".
Qeyd edək ki, Ruslan Surxayev 2012-ci ildə Polşanın Katovitse şəhərin yeniyetmələrin Avropa çempionatında 50 kq-da qızıl medal qazanıb. O, 25 yaşında Şamaxıda qətlə yetirilib. Sultan Nəsrullayev 2011-ci ildə Macarıstanın Sombathey şəhərində yeniyetmələrin dünya çempionatında qızıl medala sahib olub. O, Rusiyada ağır yol qəzasında dünyasını dəyişib.
Oxşar xəbərlər
Azərbaycan güləşinə ağır itki - Referi vəfat etdi
143 medal qazanılıb - Rəqəmlər
Avropa çempionumuz Şamaxıda vəhşicəsinə qətlə yetirildi - TƏFƏRRÜAT
Dünya çempionumuz qəzada dünyasını dəyişdi
Azərbaycan güləşi üçün 2017-ci ilin yekunu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası