reklam
Avropa çempionumuz Şamaxıda vəhşicəsinə qətlə yetirildi -
Sportfm.az xəbər saytı

Avropa çempionumuz Şamaxıda vəhşicəsinə qətlə yetirildi -TƏFƏRRÜAT


Şamaxıda törədilən qətlin təfərrüatı məlum olub. 

Sportfm.az APA-ya istinadən xəbər verir ki, “Yeddi Gümbəz” qəbiristanlığında Şamaxı şəhər sakini, 1991-ci il təvəllüdlü Orxan Hacıyev aralarında yaranmış mübahisə zamanı mətbəx bıçağı ilə həmyerlisi, 1995-ci il təvəllüdlü Ruslan Surxayevi bıçaqlayıb.

Beş bıçaq xəsarəti almış Ruslan Surxayev hadisə yerində ölüb.

Qeyd edək ki, Orxan Hacıyev Şamaxı Humanitar Kollecinin “Fiziki tərbiyə müəllimliyi” ixtisası üzrə II kurs tələbəsidir. O, 5-9 dekabr 2019-cu il tarixdə Bakıda keçirilən Budo Dünya Kuboku çempionatında ikinci yeri tutub.

Orxan Şamaxıda idman müəllimi işləyir. Öldürülən Ruslan Surxayev isə güləş üzrə Avropa çempionu və dünya çempionatının gümüş medalçısı olub.

Oxşar xəbərlər

Səbayıl Şamaxıda qaldı - Müqavilə
Şamaxıda təkcə futbol komandası yoxdur!
Şamaxıda hazırlıq matçı olacaq
İdman zalında qətl törədən tanınmış məşqçinin oğludur - YENİLƏNİB
Güləş Federasiyası açıqlama verdi - "Təəssüf ki, güləşi çox tez atdı"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər