Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Yığmamız bərbad ot örtüyündə mübarizə apara bilər!
Yağış «Windsor Park»ın ot örtüyünü korlayıb
Sportfm.az xəbər verir ki, noyabrın 11-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya – Azərbaycan oyununun keçiriləcəyi «Windsor Park»ın ot örtüyü yaxşı vəziyyətdə deyil. Qapıların qarşısında müəyyən hissələrdə və yan xətt boyunca otdan demək olar ki, əsər-əlamət yoxdur. Bir neçə gün əvvəl aylıq normadan artıq düşən yağıntı ot örtüyünü korlayıb. Stadionun əməkdaşı yağış yağacağı təqdirdə qazonun daha da bərbad hala düşəcəyini söylədi. Noyabr ayı üçün qazonun hazırkı vəziyyətini normal hesab edən həmin şəxs yağışdan başqa komandaların oyunöncəsi məşqlərinin də ot örtüyünə təsirsiz ötüşməyəcəyini bildirdi.
Oxşar xəbərlər
Gəncə stadionun direktoru: Belə olmalıdır - FOTO
Azərbaycan - Şimali İrlandiya oyunu harada keçiriləcək?
"Futbolçuların maaşını verə bilmiriksə, ot örtüyünü necə dəyişək?"
İrlandların baş məşqçisi: «Azərbaycan yığması indi daha güclüdür»
Şimali İrlandiya - Azərbaycan matçının hakimləri məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası