Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan yığması daha 2 oyuna çıxacaq - FİFA U-15
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında bu gün daha iki matç keçirəcək.
Sportfm.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçi olduğu komanda saat 11:30-da İsrail millisi ilə qarşılaşacaq.
U-15 millisi ikinci görüşünü saat 18:15-də Haiti yığmasına qarşı keçirəcək.
Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.
Xatırladaq ki, U-15 millimiz daha əvvəl keçirdiyi görüşlərdə Timor-Leste yığmasını 6:0, Andorranı 1:0 hesabı ilə məğlub edib. Avstraliya millisinə isə 1:3 hesabı ilə uduzub.
Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.
Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.

Oxşar xəbərlər
Azərbaycan Avstraliyaya qarşı - YENİLƏNİR
Hövsan FIFA U-15 dünya çempionatına tam hazırdır
Venger Hövsan Yarış Kompleksinə baş çəkdi
Azərbaycan millisinin açıq məşqi təşkil olundu - FIFA U-15 dünya çempionatı
Dünya çempionatı və festivalının detalları məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası