reklam
Türkiyə klubunun oyunu azarkeşsiz keçiriləcək
Sportfm.az xəbər saytı

Türkiyə klubunun oyunu azarkeşsiz keçiriləcək


UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsindəki "Kopenhagen" (Danimarka) - "Başakşehir" (Türkiyə) matçı azarkeşsiz keçiriləcək.

Sportfm.az xəbər verir ki, fanatlar martın 12-də Kopenhagendə olacaq görüşü koronavirus səbəbindən stadiondan canlı izləyə bilməyəcəklər. Virusun yayılmasının qarşısını almaq məqsədilə bu addımın atıldığı bildirilib.

Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsində İspaniya "Valensiya"sı ilə İtaliya "Atalanta"sı arasındakı cavab oyunu, həmçinin Avropa Liqasının 1/8 final mərhələsinin "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) görüşü də eyni səbəbdən azarkeşsiz baş tutacaq. 

Xatırladaq ki, Danimarkada koronavirusa 21 yoluxma halı aşkar olunub. 

Oxşar xəbərlər

UEFA 1/8 finalın oyunları ilə bağlı qərar verdi
Daha iki oyun azarkeşsiz keçiriləcək
UEFA-dan koronavirusla bağlı mühüm qərar - Yeni qayda
Çempionlar Liqasının oyunu azarkeşsiz keçiriləcək - Koronavirusa görə
Avropa Liqasının püşkü atıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər