reklam
“Zaqatala”nın futbolçusu:”Klubun hazırkı vəziyyətinə ürəyim ağrıyır”
Sportfm.az xəbər saytı

“Zaqatala”nın futbolçusu:”Klubun hazırkı vəziyyətinə ürəyim ağrıyır”


Hazırda "Zaqatala”nın kapitanı olan Hacı Əhmədov yetirməsi olduğu "Bakı” haqda danışıb. Futbolxeber.az saytına müsahibəsində Əhmədov, "Bakı”nı yenidən iddialı kollektiv kimi görmək istədiyini bildirib:  
"Mən "Bakı”nın yetirməsiyəm. Bu klubun qəlbimdə daim yeri başqa olub. Hətta "Qarabağ”da, "Sumqayıt”da oynayanda da "Bakı” haqda düşünmüşəm. Klubun hazırkı vəziyyətinə ürəyim ağrıyır. "Bakı” bu vəziyyətə düşməməliydi. Bilirəm ki, komanda cari mövsüm həvəskarlar liqasında oynayacaq. İnternetdə oxuyuram ki, vəziyyət yavaş-yavaş düzəlir. "Çox istərdim Hafiz Məmmədovun işləri düzəlsin, "Bakı” qayıtsın. O kluba ancaq iddialı olmaq yaraşır”.

Oxşar xəbərlər

"Neftçi"nin yubiley qələbəsi
"İnter Arena"da "Keşlə"nin loqoları - EKSKLÜZİV, FOTO
Hafiz Məmmədovun şirkəti məhkəməyə verildi
Hafiz Məmmədov : "Tezliklə “Bakı”nı bərpa edəcəyik”
“Bakı” həvəskarlar liqasında!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər