reklam
“Bakı” həvəskarlar liqasında!
Sportfm.az xəbər saytı

“Bakı” həvəskarlar liqasında!


"Bakı” futbol klubu yeni mövsümdən etibarən həvəskarlar liqasında çıxış edəcək. Bu haqda Qol.az-a klubun vitse-prezidenti Yaşar Seyidov məlumat verib. Onun sözlərinə görə, komanda 2016/17 mövsümün üçün birinci dəstəyə buraxılmasa da, fəaliyyətini dayandırmayıb. "Hazırda bazamızda məşqlər davam etdirilir. Bir ay ərzində həvəskarlar arasında növbəti Azərbaycan çempionatı başlayacaq və "Bakı” o yarışda iştirak edəcək”.

Xatırladaq ki, "Bakı” FC iki dəfə (2005/2006 və 2008/2009 mövsümündə) Azərbaycan çempionu olub. 2015-ci ildə maddi vəziyyəti pisləşən klub birinci diviziona düşüb. 2016/17 mövsümündə isə komanda birinci diviziona da buraxılmayıb. AFFA buna səbəb kimi klubun tələb olunan bank təminatını ödəyə bilməməsini göstərib.

Oxşar xəbərlər

Bakı Futbol Liqası nə vaxt başlayacaq?
"Özününkülər" tərəfindən cəzalanan "Bakı" - PROBLEM
2-ci hissədə meydana çıxmaqdan imtina etdilər - Azərbaycanda
“Zaqatala”nın futbolçusu:”Klubun hazırkı vəziyyətinə ürəyim ağrıyır”
"Qəbələ" üçün 56 yaşlı rəqib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər