reklam
Sportfm.az xəbər saytı

"Hələlik maaşların azaldılması gündəmdə deyil" -Klublar Komitəsinin sədri


"Hazırda gündəmimizdə futbolçuların maaşlarının azaldılması ilə bağlı məsələ yoxdur".

Sportfm.az xəbər verir ki, bu fikirləri açıqlamasında "Sumqayıt"ın prezidenti və AFFA Klublar Komitəsinin (KK) sədri Riad Rəfiyev deyib.

Koronavirus pandemiyasına görə bəzi xarici klublar artıq futbolçuların maaşlarını 70 faizədək azaldıb. Bu barədə danışan R.Rəfiyev bildirib ki, yalnız rəsmi qurumların tapşırığından sonra konkret addımlar atmaq olar: 

"Bununla bağlı indi heç nə deyə bilmərəm. Çünki çempionatın nə vaxt başlayacağını və nə qədər davam edəcəyini hələ bilmirik. FIFA, AFFA və Peşəkar Fubol Liqasından nə deyilsə, ona uyğun addımlar atılacaq, futbolçularla danışılacaq".

KK sədrinin sözlərinə görə, futbolçuların maaşı hələlik əvvəlki qaydada ödənilir: "Futbolçuların əksəriyyətinin müqaviləsi mayın sonunda başa çatacaq. Çox güman ki, çemponatımız uzanacaq. Mövsümün nə vaxt bitəcəyini bilmirik. Yalnız dəqiq tarixlər biləndən sonra bu barədə nəsə danışmaq olar. Hələlik maaşlar əvvəlki qaydada ödənilir".

R.Rəfiyev çempionatın bərpası barədə Premyer Liqa kublarının rəsmiləri ilə onlayn-iclas keçirilmədiyini söyləyib: "Mütəmadi olaraq AFFA və PFL rəhbərliyi ilə öz aramızda danışırıq. Klublarla onlayn-iclas olmayıb. Çempionatın bərpası ilə bağlı hər şey hazırkı vəziyyətin nə qədər davam etməsindən asılı olacaq". (report)

Oxşar xəbərlər

Azərbaycan Premyer Liqasında yeni qaydalar - AÇIQLAMA
Mövsüm bitməmiş komandanı tərk etməyin - AFFA və PFL-dən tövsiyə
Premyer Liqanın taleyi necə olacaq? - PFL rəsmisi açıqladı
"İndi elə vəziyyətdir ki, kim nə bacarırsa, onu da edir" - Arif Əsədov
Riad Rəfiyev iclas keçirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər