reklam
“Başakşəhər” üçün çətin sınaq -
Sportfm.az xəbər saytı

“Başakşəhər” üçün çətin sınaq -Super Liqanın afişası


Bu gün koronavirus pandemiyasına görə martdan dayandırılan Türkiyə Super Liqasına yenidən start veriləcək.

Sportfm.az xəbər verir ki, 27-ci tur çərçivəsində bu gün iki qarşılaşma keçiriləcək. Baş məşqçi postuna müvəqqəti olaraq Tahir Karapınarı gətirən “Fənərbaxça” autsayder “Kayserispor”u qəbul edəcək. Lider “Trabzonspor” isə İzmir səfərində “Göztəpə” ilə qarşılaşacaq.

“Beşiktaş” “Antalyaspor”la, “Qalatasaray” isə “Rizəspor”la üz-üzə gələcək. Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Başakşəhər” bu turda “Alanyaspor”la münasibətlərinə aydınlıq gətirəcək.

Qarşılaşmalar koronavirus pandemiyasına görə azarkeşsiz keçiriləcək.

Türkiyə Super Liqası, 27-ci tur

12 iyun

22:00 Fənərbaxça – Kayserispor
22:00 Göztəpə – Trabzonspor

13 iyun

19:30 Başakşəhər – Alanyaspor
22:00 Beşiktaş – Antalyaspor
22:00 Yeni Malatyaspor – Kasımpaşa

14 iyun

19:30 Gənclərbirliyi – Konyaspor
22:00 Qaziantep – Ankaragücü
22:00 Rizəspor – Qalatasaray

15 iyun

22:00 Sivasspor – Dənizlispor

Oxşar xəbərlər

"Trabzonspor"a çempionluq yolunda növbəti zərbə - Super Liqa
"Beşiktaş" səfərdə coşdu
"Qalatasaray"a Rizədə ikiqat zərbə - Muslera şoku
"Başakşəhər" 3 xal qazandı, "Beşiktaş" məğlub oldu - Super Liqa
"Trabzonspor" qaldığı yerdən davam etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər