Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Şahin Diniyev:"Futbolçunun yoxluğu bizə çətinlik yarada bilər"
Azərbaycan kubokunun 1/8 final mərhələsində "Kəpəz” ölkə paytaxtında "Şahdağ”la görüşəcək.
Sportfm.az xəbər verir ki, Gəncə klubunun baş məşqçisi Şahin Diniyev matçdan öncə açıqlama verib:
"Çempionat və ya kubok oyunundan, rəqibdən asılı olmayaraq biz hər bir oyuna yaxşı hazırlaşmağa çalışırıq. Kubokda yolumuzu davam etdirmək istəyirik, ona görə də "Şahdağ”a ciddi yanaşırıq. Qusar klubuna hörmətimiz var.
Məni narahat edən itkilərin olmasıdır. Əsas heyətdən dörd futbolçunun yoxluğu bizə çətinlik yarada bilər. Amma ümid edrəm ki, digər oyunçular bunu hiss etdirməyəcəklər. Hesabla bağlı proqnoz vermək olmaz.
"Şahdağ” motivasiya ilə oynayacaq, birinci dəstə klubu olmasına baxmayaraq rəqib özünü göstərmək üçün dəridən-qabıqdan çıxacaq. Mübarizəli oyun olacaq, komandamızı asan matç gözləmir. "Kəpəz”i indidən "İnter”ə rəqib saymaq olmaz. Təhlükəli yanaşmadır, çünki biz əvvəlcə "Şahdağ” səddini keçməliyik. Zəif rəqiblə oynamırıq, kiməsə zəif kimi baxsan, oyunda problem ola bilər”.
Oxşar xəbərlər
Şahin Diniyev:"Azarkeşlərə haqq qazandırardım"
"Kəpəz”in əvəzedici heyətinin kapitanı: “Uşaqlara yaxşı nümunə olmalıyıq”
Şahin Diniyev: “Yeni ilə yaxşı nəticə ilə yollanmaq istəyirik”
Şahin Diniyev: “Avropa Liqasına vəsiqə qazanmağın ən yaxın yolu budur”
Şahin Diniyev: “Kubok Avropaya çıxış üçün qısa yoldur”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası