Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Şahin Diniyev: “Kubok Avropaya çıxış üçün qısa yoldur”
"Kəpəz”in baş məşqçisi Şahin Diniyev Azərbaycan kubokunun 1/8 finalında birinci divizion təmsilçisi "Şahdağ”a 5:1 hesabı ilə qalib gəldikləri oyunla bağlı fikirlərini açıqlayıb.Sportfm.az klubun rəsmi saytına istinadən həmin fikirləri sizlərə təqdim edir: "İlk yarıda rəqibə təzyiq etdik ki, bizə lazım olan hesabı təmin edək və sonra rahat oynayaq. Premyer Liqada oynamayan əvəzedici heyətdən çağırdığımız futbolçuların oynamasını istəyirdim. Gəncə futbolunun inkişafı üçün o gənclər indidən yavaş-yavaş öyrənməlidirlər. Çempionatda onlara şans vermək çətin olur, amma zaman-zaman belə imkan yaradırıq. Gələcəkdə yol yerli futbolçularındır. Qələbəyə layiq idik. Oyunun asan keçməsində oyunçularımızın rolu var. Matça yanaşma tərzi var, hər bir görüşə ciddi yanaşmaq lazımdır, bu gün biz də elə etdik. Kubok Avropaya çıxış üçün qısa yoldur. Uğurlu çıxışımızı davam etdirməyə çalışacağıq”.
Oxşar xəbərlər
Şahin Diniyev: "Kəpəz" çətin qarşılaşmaya hazırdır"
Şahin Diniyev:"İndi turnir cədvəlində daha yaxşı yerdə idik"
Şahin Diniyev: “Yeni ilə yaxşı nəticə ilə yollanmaq istəyirik”
Şahin Diniyev:"Futbolçunun yoxluğu bizə çətinlik yarada bilər"
Şahin Diniyev: "Bunu düşünsək, gərək sabah oyuna çıxmayaq”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası