reklam
Millimizin qatılacağı yarışların vaxtı bilindi
Sportfm.az xəbər saytı

Millimizin qatılacağı yarışların vaxtı bilindi


Dünya Cüdo Turunun mərhələləri 2020-2021-ci illərdə Budapeşt, Tokio, Doha şəhərlərində keçiriləcək.

Sportfm.az xəbər verir ki, Macarıstan paytaxtı mərhələni oktyabrın ikinci yarısında qəbul edəcək. 2021-ci ildə Yay Olimpiya və Paralimpiya Oyunlarının təşkil olunacağı Yaponiya paytaxtında bu mərhələ dekabrda olacaq. Qətərində paytaxtında isə yarış 2021-ci ilin əvvəlində nəzərdə tutulub. 

Bütün turnirlərin zəruri epidemioloji ehtiyat tədbirlərinə riayət etməklə keçiriləcəyi bildirilib. Təşkilatçılar isə istənilən ölkədən iştirakçıları qəbul etməyə hazırdırlar. 

Hər üç yarış Tokio olimpiadasına lisenziya xarakterli olacaq. Tokio Yay və Paralimpiya Oyunları 2021-ci il  23 İyul - 8 avqustda gerçəkləşəcək.

Qeyd edək ki, bu il Bakıda cüdo üzrə Böyük Dəbilqənin təşkili nəzərdə tutulurdu, lakin yarış koronavirus pandemiyası səbəbindən baş tutmayıb.  

Oxşar xəbərlər

Paralimpiya Oyunları tamaşaçılarsız keçiriləcək - Tokio-2020
Böyük Dəbilqə yarışı ləğv olundu - Olimpiadaya görə
Paralimpiya Oyunlarının yeni təqvimi - Dəyişiklik edilmədi
Tokio olimpiadasının proqramı təsdiqləndi
Dünya çempionatı təxirə salındı - Paralimpiya Oyunlarına görə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər