"Qalatasaray"a qalib gəlmək üçün meydana çıxacağıq" -Füzuli Məmmədov
"Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Avropa Liqasının ikinci təsnifat mərhələsində püşkün nəticəsinə münasibət bildirib.
Sportfm.az xəbər verir ki, o, "Qalatasaray"la oyunda komandanın meydana qələbə qazanmaq üçün çıxacağını deyib:
"Püşkatmadan əvvəl də demişdim, potensial rəqiblərimizdən hansı ilə düşəcəyimizin fərqi yox idi. Çünki üçü də güclü komandalardır. Amma əsas istəyimiz evdə oynamaq idi ki, bu da oldu. "Qalatasaray”la qarşılaşacağıq. Türkiyənin ən böyük komandalarından biridir. Rəqibə hörmətlə yanaşırıq, lakin bizim də hədəfimiz var. Meydana qələbə qazanmaq üçün çıxacağıq”.
Qeyd edək ki, "Neftçi” – "Qalatasaray” oyunu sentyabrın 17-də "Bakcell Arena”da keçiriləcək.
Oxşar xəbərlər
“Neftçi” “Qalatasaray”ın tarixinə düşdü - 100-lə
""Qalatasaray"la oyunda meydana qələbə üçün çıxacağıq" - Füzuli Məmmədov
"Neftçi" - "Qalatasaray" oyununun hakimləri bilindi
"Qalatasaray" "Hatayspor"la bacarmadı - 1:1
"Neftçi" - "Qalatasaray" cütünün potensial rəqibi məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dünya Çempionatında iştirak edəcək güləşçilərimiz - SİYAHI
-
İsrail təmsilçisi "Sabah"a rəqib oldu - Çempionlar Liqası
-
“Panatinaikos” cütün qalibi oldu - Konfrans Liqası
-
AFFA “Clear Line” layihəsinə qoşuldu
-
"Qarabağ" "Dinamo" ilə oyuna hazırdı - FOTOLAR
-
“Fənərbaxça” pley-off mərhələsində - Çempionlar Liqası















Misli Premyer Liqası