reklam
Türkiyəli mütəxəssis
Sportfm.az xəbər saytı

Türkiyəli mütəxəssis "Qəbələ"dən getdi -12 ildən sonra


“Qəbələ” klubu Futbol Akademiyasının baş məşqçisi Halim Fıçıcı ilə yollarını ayırıb.

Sportfm.az xəbər verir ki, 2008-ci ilin dekabrından bu vəzifəni tutan, müxtəlif illərdə akademiyanın direktoru əvəzi kimi çalışan türkiyəli mütəxəssisin əyalət təmsilçisindəki 12 illik fəaliyyəti başa çatıb.

Bildirilir ki, Fıçıcı akademiyanın strukturunun qurulması, aşağı yaş qrupları üzrə komandaların formalaşması, məşqçilər korpusunun təşkilində əvəzsiz xidmətlərə malik olub. Seleksiya prosesinə rəhbərlik edən təcrübəli mütəxəssis bu müddətdə futbolçu və məşqçilərin yetişməsində vacib rol oynayıb. Onun “Qəbələ”də çalışdığı vaxtda onlarla futbolçu Azərbaycanın müxtəlif yaş qrupları üzrə yığmalarına cəlb olunub. Bir sıra yerli gənc məşqçi bu müddətdə Fıçıcının seminarlarından, təcrübəsindən faydalanıb.

Azərbaycan yığmalarının məşqçiləri sırasında da akademiya məşqçiləri yer alıb. “Qəbələ” akademiyasının bütün komandaları bu müddətdə iştirak etdikləri yarışlara Fıçıcının rəhbərliyi altında yollanıb. Akademiya komandaları daxili arenada bir sıra nailiyyətlər əldə ediblər. U-19 5 dəfə ölkə çempionu tituluna yiyələnib. Bu il 4-cü dəfə UEFA Gənclər Liqasının iştirak edəcək komanda yarışda mərhələ keçən ilk Azərbaycan təmsilçisi olub. 

"Qəbələ" İdman Klubu Halim Fıçıcıya futbol akademiyasının inkişafında göstərdiyi xidmətlərə görə təşəkkür edir, ona gələcək karyerasında yeni-yeni uğurlar arzulayır.

Oxşar xəbərlər

"Neftçi"də yeni təyinat
Zaur Əzizov “Qəbələ”dən ayrıldı
"Qəbələ"də yeni baş məşqçi
"Qəbələ" məşqçisi ilə vidalaşdı - Azər Bağırov getdi
Azad Kərimov "Qəbələ"də məşqçi oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər