reklam
Sportfm.az xəbər saytı

"Qəbələ"də yeni baş məşqçi


“Qəbələ” Futbol Akademiyasında yeni təyinatlar olub.

Sportfm.az xəbər verir ki, türkiyəli mütəxəssis Halim Fıçıcının gedişindən sonra akademiyanın baş məşqçisi vəzifəsi Famil Xəlilova tapşırılıb. O həm də U-19 komandasına rəhbərlik edir.

Yeni mövsümdə Zaur Hacıyev U-17, Sərdar Qafarov U-16, Ülfət Mədətov U-15 komandasının baş məşqçisi olub. Şəhriyar Kərimli U-14, Namiq Əliyev U-13, Turxan Ümüdlü U-12, Təbriz Hüseynli U-11, Anar Surxayev U-10 komandasına başçılıq edir.

Rəvan Rəcəbov isə U-8-i yeni mövsümə hazırlaşdırır. Akademiyanın komandalarının hazırlıqlarında qapıçı məşqçiləri Elçin Rzazadə və Oruc Quliyev də iştirak edir.

Bu arada, akademiyanın komandaları yeni mövsümün hazırlıqlarına start verib. "Qəbələ" Futbol Akademiyasını 2020/21 mövsümündə U-19, U-17, U-16, U-15 liqalarında, həmçinin U-14, U-13, U-12, U-11 və U-10 liqalarının zona yarışlarında təmsil olunacaq. U-8 komandası da yay fasiləsinə son verərək hazırlıqlara başlayıb.

Komandaların hazırlıqlarına 20 nəfərlik heyət rəhbərlik edir.

 Famil Xəlilov

Oxşar xəbərlər

"Qəbələ"də yeni məşqçi - Təyinat
“Qəbələ” yeni mövsümün hazırlıqlarına başladı
Türkiyəli mütəxəssis "Qəbələ"dən getdi - 12 ildən sonra
"Qəbələ"də çalışan mütəxəssis BƏƏ-də
Azad Kərimov "Qəbələ"də məşqçi oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər