reklam
15000-ci qol -
Sportfm.az xəbər saytı

15000-ci qol -Yeni rekord


Azərbaycan çempionatları tarixində yüksək liqada on beş mininci qol vurulub.

Sportfm.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, yubiley topu Azərbaycan Premyer Liqasının IX turunun ikinci matçına təsadüf edib.

“Zirə” - “Sumqayıt” görüşündə vurulan ikinci qol tarixə on beş mininci kimi düşüb. Bu topu meydan sahiblərinin futbolçusu Rikardo Martins rəqib qapısından keçirib.

Bu qarşılaşma turnirin tarixində ümumilikdə 6160-cı, baş tutan və texniki nəticə qeydə alınmayan 5881-ci oyun olub. 35 mövsümün ümumi orta məhsuldarlığı 2,55-ə bərabərdir.

Qeyd edək ki, ölkə çempionatları tarixində ilk qolu Mehman Alışanov vurub. O, 1992-ci il mayın 3-də keçirilən “Qarabağ” – “İnşaatçı” (Sabirabad) görüşündə (1:2) qonaqların qapısına yol tapıb.

Oxşar xəbərlər

"Zirə"nin Premyer Liqada 400-cü qolu
Premyer Liqada 350-ci qollarını vurdular - UĞUR
“Qarabağ”ın 1600-cü qolu
Azərbaycan çempionatları tarixində 1400-cü qol
Azərbaycan çempionatları tarixində 13000-ci qol vuruldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər