Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bakıda FIFA dünya çempionatı başlayır
Bu gün Bakıda FIFA U-15 Dünya Kuboku və Festivalına start veriləcək.
Sportfm.az xəbər verir ki, ilk dəfə təşkil olunacaq turnir oktyabrın 30-dək davam edəcək. Azərbaycan paytaxtında keçiriləcək yarışda 180-dən çox FIFA üzvü assosiasiyasının təmsil olunacağı gözlənilir.
Turnir çərçivəsində 3 000-dən çox futbolçu, məşqçi və rəsmi şəxsin Bakıya gələcəyi bildirilir.
Yarışların böyük hissəsi Hövsan Yarış Kompleksində keçiriləcək. Turnirin müxtəlif səviyyələri üzrə final oyunlarına isə Bakı Kristal Zalı ev sahibliyi edəcək.
FIFA U-15 Dünya Kuboku və Festivalı ənənəvi futbol turnirlərindən fərqli formatda təşkil olunacaq. Komandalar 8×8 sistemi ilə mübarizə aparacaq, oyunlar hər biri 20 dəqiqə olmaqla iki hissədən ibarət olacaq. Yarış ərzində ümumilikdə 1 000-ə yaxın matçın keçirilməsi planlaşdırılır. Eyni vaxtda 20 oyunun təşkili üçün infrastruktur yaradılıb.
Turnirdə 2011 və 2012-ci illərdə anadan olmuş futbolçular iştirak edəcəklər. Hər komandanın heyətində 14 oyunçu və 6-dək məşqçi və digər rəsmi şəxs yer ala bilər.
İlk mərhələdə komandalar qruplarda mübarizə aparacaqlar. Nəticələrə əsasən, iştirakçılar ikinci mərhələdə altı fərqli səviyyə üzrə bölüşdürüləcəklər. Bütün komandalar oktyabrın 30-da keçiriləcək son oyun gününədək mübarizəni davam etdirəcəklər. A səviyyəsinin qalibi FIFA U-15 Dünya Kuboku və Festivalının çempionu elan olunacaq.
FIFA bu layihəni müxtəlif ölkələrdən olan gənc futbolçulara beynəlxalq təcrübə qazanmaq, fərqli futbol məktəbləri ilə tanış olmaq və inkişaf etmək imkanı yaratmaq məqsədilə həyata keçirir. Təşkilatın planına əsasən, 2027-ci ildə festivalda qızlardan ibarət komandalar da iştirak edəcək. 2028-ci ildən etibarən isə FIFA-nın bütün üzv assosiasiyalarının həm oğlanlardan, həm də qızlardan ibarət U-15 komandalarının iştirakı nəzərdə tutulur.

Oxşar xəbərlər
Hövsan FIFA U-15 dünya çempionatına tam hazırdır
Azərbaycanda keçiriləcək dünya çempionatının tarixi açıqlandı
Rövşən Nəcəf futbolçulara müraciət etdi - Dünya çempionatı
Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq davam edir
Dünya çempionatı və festivalının detalları məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası