reklam
Messi Kiyevə getmədi -
Sportfm.az xəbər saytı

Messi Kiyevə getmədi -Çempionlar Liqası


İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi Çempionlar Liqasının qrup mərhələsinin IV turunda Ukraynada Kiyev "Dinamo"suna qarşı matçı buraxacaq.

Sportfm.az xəbər verir ki, 33 yaşlı argentinalı hücumçu həmin qarşılaşmaya sifariş olunmayıb.

Bundan əlavə, Frenki De Yonqun adı da iştirak ərizəsinə daxil edilməyib. Baş məşqçi Ronald Kumanın hər iki oyunçuya istirahət verdiyi bildirilib.

Qeyd edək ki, noyabrın 24-də keçiriləcək "Dinamo" - "Barselona" matçı Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.

Oxşar xəbərlər

Lionel Messi yeni uğura imza atdı - Çempionlar Liqası
Messi yenə məşqə gəlmədi
Messi qərar verəcək - "El-Klasiko"da oynayacaqmı?
"Barselona"da Lionel Messi şoku yaşandı
Messi avrokuboklarda 100-cü qolunu vurdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər