Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Meksikalıdan bir ilk -Formula 1
"Racing Point" komandasının pilotu Serxio Peres "Formula 1" üzrə Saxir Qran-prisinin qalibi olub.
Sportfm.az xəbər verir ki, Bəhreyndə təşkil olunmuş 16-cı mərhələdə meksikalı sürücü karyerasında ilk dəfə finişə birinci çatıb.
"Renault"dan fransalı Esteban Okon ikinci, Peresin kanadalı komanda yoldaşı Lens Stroll üçüncü yeri tutub.
30 yaşlı Peres indiyədək 9 dəfə podiuma qalxıb. O, Pedro Rodrigesdən sonra Qran-pri qalibi olan ikinci meksikalıdır.
Qeyd edək ki, Türkiyədə keçirilmiş 14-cü mərhələdə "Mercedes" pilotu Lüis Hemilton vaxtından əvvəl dünya çempionluğunu rəsmiləşdirib.

Oxşar xəbərlər
Mövsümün ilk Qran-prisinin qalibi müəyyənləşib - Formula-1
Maks Ferstappen Azərbaycan Qran-prisinin qalibidir
"Bakıda Formula 1 yarışları həyəcanlı olur" - Serxio Peres
Rusiya Qran-prisinin qalibi məlum oldu
Yaponiya Qran Prisinin qalibi müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası