Ən güclü cüdoçularımız “World Masters” turnirində -SİYAHI
Cüdoçularımızın gələn il ilk sınağı Qətərin paytaxtı Dohada olacaq.
Sportfm.az xəbər verir ki, "World Masters" turnirində reytinqə görə ən güclü 9 idmançımız mübarizə aparacaq. Tokio Olimpiadasına lisenziya xalları verən mötəbər yarışda Orxan Səfərov, Nicat Şıxəlizadə (66 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (100 kq), Uşanqi Kokauri (100 kiloqramdan yuxarı) mübarizə aparacaqlar.
Qadın idmançılarımızdan isə Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq) və İrina Kindzerska (78 kiloqramdan yuxarı) çıxış edəcəklər.
Qızıl medal qazanan idmançı 1800 xal əldə edəcək. Qeyd edək ki, dünya çempionatında bu rəqəm 2000-ə bərabərdir. "World Masters" yarışında 51 ölkədən 261 cüdoçunun iştirakı gözlənilir.
Oxşar xəbərlər
Portuqaliyaya 13 cüdoçumuz gedəcək - Avropa çempionatı
Cüdoçularımız gümüş medal qazandı - "World Masters"
İki cüdoçumuz finalda - "World Masters"
Bu gün daha 3 cüdoçumuz mübarizəyə başlayır - "World Masters”
4 cüdoçumuz mübarizəyə başlayır - "World Masters"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası