reklam
Bu gün daha 3 cüdoçumuz mübarizəyə başlayır -
Sportfm.az xəbər saytı

Bu gün daha 3 cüdoçumuz mübarizəyə başlayır -"World Masters”


Bu gün Azərbaycanın daha 3 cüdoçusu Qətərin paytaxtı Dohada keçirilən "World Masters” turnirində mübarizəyə qoşulacaq.

Sportfm.az xəbər verir ki, yarışın son günündə kişlərin mübarizəsində Zelim Kotsoyev və Elmar Qasımov (hər ikisi 100 kq), qadınlarda isə İrina Kindzerska (78+) medal qazanmağa çalışacaq.

Kotsoyev 1/16 finalda Ramazan Dərvişlə (Misir), Qasımov eyni mərhələdə Rafael Buzakarini (Braziliya) ilə üz-üzə gələcək.

Kindzerska isə 1/8 finalda Sandra Yablonskite (Litva) / Jasmin Qrabovski (Almaniya) görüşünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, yanvarın 11-də Azərbaycanın 4 cüdoçusu medal qazana bilməyib.

Oxşar xəbərlər

Daha 5 cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqədə
Cüdoçularımız gümüş medal qazandı - "World Masters"
İki cüdoçumuz finalda - "World Masters"
4 cüdoçumuz mübarizəyə başlayır - "World Masters"
Yığmamız Almaniyadan qızıl medalla dönür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər