4 cüdoçumuz mübarizəyə başlayır -"World Masters"
Bu gün Qətərin paytaxtı Dohada start götürəcək "World Masters” turnirində Azərbaycanın 4 cüdoçusu mübarizəyə qoşulacaq.
Sportfm.az xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən son Avropa çempionu Orxan Səfərov 1/16 finalda israilli Barux Şmailovla üz-üzə gələcək.
Eyni çəkidəki Nicat Şıxəlizadə Denis Vierunun (Moldova) müqavimətini qırmağa çalışacaq.
Qadın güləşçilərdən 48 kq-dakı Aişə Qurbanlı türkiyəli Gülkədər Şəntürklə, Leyla Əliyeva isə Misir təmsilçisi Əzizə Çakırla qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan millisi yarışda 7 idmançı ilə təmsil olunur. "World Masters”ə yanvarın 13-də yekun vurulacaq. Yarışın son günü Zelim Kotsoyev, Elmar Qasımov və İrina Kindzerska çıxış edəcək.
Oxşar xəbərlər
7 cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqə
İki cüdoçumuz finalda - "World Masters"
Bu gün daha 3 cüdoçumuz mübarizəyə başlayır - "World Masters”
Cüdoçularımızdan uğursuz start - "World Masters"
Ən güclü cüdoçularımız “World Masters” turnirində - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası