Sergen Yalçın Mahir Emrelini izləyir -AÇIQLAMA
Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Emreli Türkiyənin "Beşiktaş" klubunun gündəmindədir.
Sportfm.az xəbər verir ki, türkiyəli jurnalist Haldun Domaç "Beşiktaş"ın baş məşqçisi Sergen Yalçının 23 yaşlı hücumçunu izlədiyini deyib.
Domaç "Beşiktaş"ın hücumçuya ehtiyacının olduğunu da vurğulayıb: "Beşiktaş" üçün önəmli mövqelərdən biri hücum xəttidir. Cenk Tosun komandaya qayıdacaqmı? Gəlməsə, onun yerinə kim alınacaq? Baş məşqçinin izlədiyi perspektivli və gələcək vəd edən futbolçu var. Azərbaycanın "Qarabağ" komandasında oynayan 23 yaşlı hücumçu - Mahir Emreli. Çox effektli və kreativ oyunçudur. 16 matçda 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 2021-ci ildə müqaviləsi başa çatır".
Qeyd edək ki, Mahir Emreli 2015-ci ildən "Qarabağ"ın əsas komandasında çıxış edir.
Oxşar xəbərlər
Sərgən Yalçın yenidən "Beşiktaş"da - 1 illik müqavilə
Mahir Emreli "Qarabağ"dan getdi - Paylaşım etdi
Sergen Yalçın "Beşiktaş" rəhbərliyinə qarşı gəldi - Müqavilə
Mahir Emreli müqavilə imzalayacaq - 3 illik
Sergen Yalçın koronavirusa yoluxdu - Müalicəsinə başlanıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası