reklam
Teymur Rəcəbov erməni rəqibini məğlub etdi -
Sportfm.az xəbər saytı

Teymur Rəcəbov erməni rəqibini məğlub etdi -“Airthings Masters” turniri


Onlayn blits şahmat üzrə “Airthings Masters” turnirinin final görüşlərinə start verilib.

Sportfm.az xəbər verir ki, Teymur Rəcəbov erməni rəqibi Levon Aronyan ilə qarşılaşıb.

4 oyundan ibarət qarşılaşmanın üç görüşündə heç-heçə edən təmsilçimiz son partiyada qara fiqurlarla qələbə qazanıb – 2,5:1,5.

Sabah Rəcəbovla Aronyan arasında ikinci matç keçiriləcək. Turnirin qalibi yarışın son günündə bəlli olacaq. Rəcəbova çempion olmaq üçün heç-heçə də kifayətdir.

Qeyd edək ki, 200 min dollar mükafat fondu olan turnirdə 12 şahmatçı mübarizəyə başlayıb. Dairəvi sistemlə keçirilən ilk mərhələdən sonra 8 iştirakçı nokaut sistemi ilə yarışı davam etdirib. Turnirin qalibi 60 min dollar qazanacaq.

Oxşar xəbərlər

Teymur Rəcəbovla və Şəhriyar Məmmədyarov mübarizəyə başlayır - Çempionlar Turu
Teymur Rəcəbov erməni rəqibini yenə məğlub etdi
Teymur Rəcəbov erməni şahmatçı ilə heç-heçə etdi
Rəcəbov Aronyana qalib gəldi
Dünya kubokunun finalında dördüncü partiya oynanılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər