reklam
Teymur Rəcəbov erməni rəqibini yenə məğlub etdi
Sportfm.az xəbər saytı

Teymur Rəcəbov erməni rəqibini yenə məğlub etdi


Onlayn blits şahmat üzrə “Airthings Masters” turnirinin final görüşləri keçirilib.

Sportfm.az xəbər verir ki, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov finalda Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşıb. İlk görüşdə rəqibini 2,5:1,5 hesabı ilə məğlub edən həmyerlimiz bu gün ikinci oyunda da sərfəli nəticə qazanıb. Rəcəbov 3 görüşdən sonra (0,5:0,5, 1:0, 0,5:0,5) ən azı heç-heçəni təmin edib və 2 final matçının nəticəsinə əsasən çempionluğu əldə edib. 4-cü görüşün heç bir əhəmiyyəti qalmadığından keçirilməyib.

Teymur bu qələbə sayəsində 60 min dollar mükafata da sahib olub. 

Qeyd edək ki, 200 min dollar mükafat fondu olan turnirdə 12 şahmatçı mübarizəyə başlayıb.

Oxşar xəbərlər

Teymur Rəcəbov Aronyanla heç-heçə etdi - “Opera Euro Rapid”
Rəcəbovun sevinc göz yaşları - FOTO
Teymur Rəcəbov erməni rəqibini məğlub etdi - “Airthings Masters” turniri
Teymur Rəcəbov erməni şahmatçı ilə heç-heçə etdi
Rəcəbov Aronyana qalib gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər