"Azərbaycana təşəkkürümü bildirirəm” -Məsut Özil
“Sadəcə “Fənərbaxça” azarkeşlərinə yox, bütün Azərbaycana salam göndərir və təşəkkürümü bildirirəm”.
Sportfm.az xəbər verir ki, bu fikirləri Türkiyənin “Fənərbaxça” klubunun yeni transferi Məsut Özil təqdimat mərasimində deyib.
33 yaşlı yarımmüdafiəçi İdman Araşdırmalar Mərkəzinin (İAM) keçirdiyi sorğunun nəticəsində Azərbaycanda ilin döyüşkən legioneri seçilməsinə də münasibət bildirib.
“Məni dəstəklədikləri üçün çox təşəkkür edirəm. Minnətdaram. Qismət olsa, bir gün Azərbaycana gedərəm və ordakı qardaşlarımı görərəm. Çox təşəkkür edirəm və salamlarımı göndərirəm” deyə, “CBC Sport” telekanalında efirə gedən “Türkiyədən futbol” verilişinin aparıcısı Elçin Cəfərovun ünvanladığı suala cavab olaraq Özil vurğulayıb.
Özil Vətən müharibəsində Azərbaycanın maraqlarını müdafiə edərək təbliğata dəstək verib.
Oxşar xəbərlər
“Sumqayıt”ı heç vaxt unutmaram” – Höccət Haqverdi
Koçdan Emre Belözoğlu açıqlaması
"Bütün Azərbaycana salam göndərirəm" - Mesut Özil
İlin döyüşkən legioneri - Mesut Özil
"Qarabağ”ın yeni transferi Azərbaycana gəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası