reklam
ÇL-in finalına azarkeşlər buraxılacaq -
Sportfm.az xəbər saytı

ÇL-in finalına azarkeşlər buraxılacaq -Stadionunun 50 faizinə


Bu mövsüm Çempionlar Liqasının final matçına azarkeşlər buraxıla bilər.

Sportfm.az xəbər verir ki, bu barədə İngiltərənin "Daily Mail" nəşri məlumat yayıb. Nəşr mayın 29-u İstanbulda keçiriləcək həlledici matçda Atatürk Olimpiya Stadionunun 50 faizinə azarkeşlərin buraxılacağını iddia edib. Bildirilib ki, hazırda bununla bağlı Türkiyə Futbol Federasiyası, UEFA və Türkiyə hökuməti arasında danışıqlar davam edir. Tərəflər finalda stadionun 50 faizinin doldurulmasının tərəfdarıdır. Ancaq ən pis variantda bu rəqəmin 30 faiz ola biləcəyi vurğulanıb.

Qeyd edək ki, hazırda koronavirus səbəbindən matçlara azarkeşlər buraxılmır.

 

Oxşar xəbərlər

Final matçı Türkiyədən alındı - Şok qərar
Premyer Liqa oyunlarına azarkeşlər buraxılacaq? - AÇIQLAMA
Azarkeşlər oyunlara buraxılacaq - İngiltərə kuboku
Super Kubok qarşılaşmasında azarkeşlər olacaq - Qərar
Olimpiya Stadionu 2020-ci ildə UEFA Çempionlar Liqasının final oyununu keçirməyə namizəd oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər