Avropa çempionatının mükafat fondu artırıldı -1 milyon avro
Avropa Voleybol Konfederasiyası (CEV) 2021-ci ildə keçiriləcək Avropa çempionatı üçün mükafat fondunu artırıb.
Sportfm.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Kişi və qadın komandaları üçün mükafat fondu eyni olacağı qeyd olunur. Mükafat fondundan Avropa çempionatının qalibinə 500 min, gümüş medal sahiblərinə 250 min, bürünc medalçılara isə 150 min avro veriləcək. Dördüncü yerin sahibləri 100 min avro alacaqlar. Əvvəlki Avropa çempionatının mükafat fondu 750 min avro idi.
Kişilər arasında Avropa çempionatı sentyabrın 1-dən 19-dək Polşanın Krakov, Qdansk və Katovitse, Çexiyanın Ostrava, Finlandiyanın Tampere və Estoniyanın Tallin şəhərlərində baş tutacaq. Qadınların çempionatı avqustun 18-dən sentyabrın 4-dək Belqrad (Serbiya), Plovdiv (Bolqarıstan), Zadar (Xorvatiya) və Kluj-Napoka (Rumıniya) şəhərlərində keçiriləcək.
Kişilər və qadınlar arasında Avropa çempionatının hazırkı qalibləri Serbiyanın yığma komandalarıdır.
Oxşar xəbərlər
Şahmatçılarımızın qatılacağı Avropa çempionatının mükafat fondu - 100 000 avro
Avropa çempionatının mükafat fondu artırıldı - 16 milyon
Millimiz Avropa çempionatında iştirak edəcək
AVRO-2020-nin mükafat fondu açıqlandı
AVRO-2020-nin mükafat fondu açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası