reklam
Divizon oyunu təxirə salındı -
Sportfm.az xəbər saytı

Divizon oyunu təxirə salındı -Qara görə


Futbol üzrə Azərbaycan I Divizonunun XVII turunda bu gün keçirilməsi planlaşdırılan "Turan Tovuz" - "Sabah-2" matçı güclü qar üzündən təxirə salınacaq.

Sportfm.az xəbər verir ki, bu barədə Tovuz klubunun Müşahidə Şurasının sədri Oqtay Abdullayev məlumat verib.

Onun sözlərinə görə, səbəb hazırda Tovuzda güclü qarın yağması və nəticədə şəhər stadionunu qalın qar örtüyünün bürüməsidir.

Hazırda meydanda qarın hündürlüyünün 15-20 sm-ə çatdığını deyən Abdullayev təxirəsalma qərarının tezliklə veriləcəyini bildirib.

Qeyd edək ki, fevralın 17-də XIII turun "Turan Tovuz" - "Sumqayıt - 2" görüşü də eyni səbəbdən təxirə salınıb. (report)

Oxşar xəbərlər

“Sumqayıt” “Turan Tovuz”la bərabərə qaldı - Misli Premyer Liqası
"Turan Tovuz"un oyunu təxirə salındı - Hava şəraitinə görə
"Turan Tovuz"da yeni baş məşqçi - Təyinat
Çempionat oyunları təxirə salındı - Qara görə
“Turan Tovuz” və “Kəpəz”in oyunu təxirə salındı - I Divizion

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər