Güləşçilərimiz lisenziyasız qaldı -Təsnifat Turniri
Qadın güləşi üzrə Azərbaycan millisi Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirində mübarizəyə başlayıb.
Sportfm.az xəbər verir ki, yığmanın heyətində Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (57 kq), Elis Manolova (68 kq) və Gözəl Zutova (78 kq) 1/8 finaldan, Tatyana Omelçenko (76 kq) isə 1/4 finaldan yarışa qoşulub.
Qurbanova Timea Şekeri (Macarıstan) mübarizədən kənarlaşdırsa da, Vanesa Kalacinskayanın (Belarus) müqavimətini qıra bilməyib.
Kolesnik ilk görüşdə, Evelina Nikolovaya (Bolqarıstan), Zutova Corcina Neltorpa (Böyük Britaniya) məğlub olub.
Avropa çempionu Manolova ardıcıl olaraq İlana Kratiş (İsrail) və Danute Domikaytiteyə (Litva) qalib gələrək yarımfinala adlayıb. Manolova finala gedən yolda Rusiya təmsilçisi Xanım Vəliyeva ilə görüşəcək.
Omelçenko isə 1/4 finalda Anastasiya Qriqoryevaya məğlub olub.
Qeyd edək ki, qadın güləşçilərin yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Oxşar xəbərlər
Qadın idmançılarımız lisenziya üçün güləşəcək - Təsnifat Turniri
Yunan-Roma güləşində ilk lisenziya
Qadın güləşçilərimiz mübarizəyə başlayır - Təsnifat turniri
Omelçenko və Manolova yarımfinalda - Roma 2020
Qadın güləşçimiz Avropa çempionu oldu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası